Vüqar Həşimov Memorialı bərpa olunur – TARİX AÇIQLANDI

Vüqar Həşimov Memorialı bərpa olunur – TARİX AÇIQLANDI

Hazırda oxunan: Vüqar Həşimov Memorialı bərpa olunur – TARİX AÇIQLANDI

46754

İlin sonunda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat super turniri keçiriləcək.

Şahmat Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Memorial dekabrın 17-də start götürəcək.

VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Bu dəfə mötəbər şahmat yarışına “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb.

Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO