Rəcəb Tayyib Ərdoğan inflyasiyanın qarşısını alacağına söz verdi

Rəcəb Tayyib Ərdoğan inflyasiyanın qarşısını alacağına söz verdi

Hazırda oxunan: Rəcəb Tayyib Ərdoğan inflyasiyanın qarşısını alacağına söz verdi

46471

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin dollara nisbətdə rekord dərəcədə ucuzlaşmasından danışıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, parlamentdə çıxışı zamanı uçot dərəcəsini azaltmağa davam edəcəyinə söz verib. 

Rəcəb Tayyib Ərdoğan ölkənin pul siyasəti baxımından düzgün yolda olduğunu, yüksək faiz dərəcəsini müdafiə edənlərin yanında olmadığını bildirib.
 

Dövlət başçısının sözlərinə görə, yüksək göstərici milli fəlakətdir və hakimiyyət bunu həll etməlidir. Əhalinin əziyyət çəkdiyi yüksək inflyasiyanın səbəbi də məhz budur. Türkiyə prezidenti vəzifədə olduğu müddətdə faiz dərəcəsini azaltmağa davam edəcəyinə söz verib.


Prezident xatırladıb ki, dünyanın inkişaf etmiş ölkələri, o cümlədən də, ABŞ və İsrail uçot dərəcələrinin aşağı salınması siyasətini tuturlar.

Ərdoğanın sözlərinə görə, yüksək faiz dərəcəsi iqtisadiyyata kredit verilməsini çətinləşdirir, iqtisadi artıma mane olur və inflyasiyaya səbəb olur.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO