Azərbaycanla İsrail aqrar təhsil sahəsində əməkdaşlığa başlayacaq.
Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
Bu il aqrar məhsullarımız bol olub - RƏSMİ
İnam Kərimovla İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer arasında keçirilən görüş zamanı aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.
Bizim.Media