DÇ-2022: İngiltərə və İsveçrə final mərhələsinə vəsiqə qazandı – NƏTİCƏLƏR

DÇ-2022: İngiltərə və İsveçrə final mərhələsinə vəsiqə qazandı – NƏTİCƏLƏR

Hazırda oxunan: DÇ-2022: İngiltərə və İsveçrə final mərhələsinə vəsiqə qazandı – NƏTİCƏLƏR

46181

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun daha 8 görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.

C qrupunda evdə Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.

I qrupunda San Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək getmək üçün pley-off matçları oynamalıdır.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO