\

\"Hər gün işə evdən yemək gətirirəm və...\" - Misir Mərdanov 2 min manat maaş alır - VİDEO

Hazırda oxunan: \"Hər gün işə evdən yemək gətirirəm və...\" - Misir Mərdanov 2 min manat maaş alır - VİDEO

46158

Keçmiş təhsil naziri Misir Mərdanov REAL TV-yə maraqlı müsahibə verib.

Bizim.Media xəbər verir ki, o, nazir işlədiyi vaxt 1000 manatdan bir az çox, sonra 2000 manat əməkhaqqı aldığını deyib.

"Hazırda mən nazir pensiyası alıram, təqaüdə çıxmışam. Bir də görürəm ki, pensiya kartıma ayda daha çox pul gəlir. Fəxr edirəm ki, mənim əməyim qiymətləndirilir. Buna sevinirəm". 

M.Mərdənov hər gün evdən işə gələrdən özü ilə yemək gətirdiyini də deyib:
 

"Mən 43 ilə yaxındır ki, müxtəlif dövlət vəzifələrində çalışıram. Həmişə rejim saxlamışam. Bu yaşımda hər gün orta hesabla 11 km gəzirəm. Bütün həyatım boyu həmişə işdə evdən gətirdiyim yeməklə qidalanmışam.


Hər gün səhər tezdən həyat yoldaşım mənə xüsusi yemək hazırlayır. Onu işə aparıram. Bəzi adamlar əvvəllər mənə gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür. Bu gün də günorta yeməyini işdə yeyirəm".

Daha ətraflı videodan izləyin:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO