Hamilə qadının ÖLÜM səbəbi məlum oldu – ÖZƏL

Hamilə qadının ÖLÜM səbəbi məlum oldu – ÖZƏL

Hazırda oxunan: Hamilə qadının ÖLÜM səbəbi məlum oldu – ÖZƏL

46126

Sabirabad rayonunda hamilə qadının vəfatı və xəstə yaxınlarının həkimi döyməsilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Bizim.Media-ya açıqlama verilib.

Bildirilib ki, 39  həftəlik hamilə olan Mirzəyeva Yeganə Eldar qızı  06.11.2021-ci il tarixdə Sabirabad Mərkəzi Rayon Xəstəxanasından təcili yardım vasitəsi ilə ölü döl, eklamptik koma, HELLP sindromu, Hematuriya, Aqonal vəziyyət diaqnozu  ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ölən hamilə qadının yaxınları tərəfindən döyülən ginekoloqdan AÇIQLAMA – “Lazımi orqanlara...”


Qəbul olunarkən xəstə huşsuz, reflekssiz, ağızda qan, sidik torbasında sidik yerinə qan toplanılması, arterial təzyiq 200/100-190/100, nəbz 120-130 1 dəq/vurğu, bədən hərarəti 37.5 olub.  

Xəstə dərhal 06.11.2021-ci il tarixində əməliyyat olunub. Cinsi qadın, çəkisi 3400 qr, boyu 52 sm olan 1 ölü döl xaric olunub. Əməliyyat zamanı aparılan həyati vacib kliniki laborator analizlərin göstəriciləri dəfələrlə  dəyişilib. Xəstə əməliyyatdan sonra sonadək süni tənəffüs aparatında olub, xəstəyə intensiv-reanimasiyon tədbirlər aparılıb. Buna baxmayaraq xəstənin vəziyyəti ağır olaraq qalıb. Aparılan COVID 19 analizləri və rəqəmsal rentgenin nəticəsi olaraq, İkitərəfli pnevmoniya və COVİD 19 İGG, İGM analizlərinin yüksək olması aşkarlanıb.

Məlumatda qeyd olunub ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ COVID üzrə ixtisaslaşmış müəssisə olmadığından, digər xəstələrin həyatını riskə atmamaq və xəstəyə müvafiq tibb yardımın icra olunması məqsədi ilə Yeganə Mirzəyeva 1 saylı Kliniki Tibbi Mərkəzə  təcili tibbi yardımla təxliyyə olunub. Kliniki Tibbi Mərkəzin verdiyi məlumata əsasən məlum olub ki, xəstə təcili tibbi yardım maşınında vəfat edib. 

Qeyd edək ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləliklə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu tanınmış həkim-ginekoloq Lalə Kazımi müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb. Bundan sonra Yeganə Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımini döyüblər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO