Türkiyə ilk milli elektrik qatarlarını istifadəyə verir

Türkiyə ilk milli elektrik qatarlarını istifadəyə verir

Hazırda oxunan: Türkiyə ilk milli elektrik qatarlarını istifadəyə verir

45965

2003-2020-ci illərdə Türkiyədə dəmir yoluna 212 milyard lirə sərmayə yatırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Ölkənin dəmir yolu şəbəkəsinin yeniləndiyini deyən nazirin sözlərinə görə, Türkiyədə dəmir yolunun uzunluğu 12 min 803 kilometrə çatıb. 

Hazırda 3 min 500 kilometr dəmir yolu xətti inşa olunur. 

A.Karaismailoğlu eyni zamanda sürəti saatda 176 kilometr olan ilk milli elektrik qatarının istehsalı üçün işləri tamamladıqlarını xəbər verib. O, qatarların qısa müddətdə vətəndaşların xidmətinə veriləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO