Paşinyanın müavini və qubernator Zəngəzurda yeni yolda qaldı - VİDEO

Paşinyanın müavini və qubernator Zəngəzurda yeni yolda qaldı - VİDEO

Hazırda oxunan: Paşinyanın müavini və qubernator Zəngəzurda yeni yolda qaldı - VİDEO

45842

Ermənistan baş nazirinin müavini Suren Papikyanın və Zəngəzur (Sünik) vilayətinin qubernatoru Melikset Poqosyanın da olduğu cip ötən gün Bardzrəvan kəndinə gedən alternativ yolda palçığa ilişib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Hraparak” qəzetində yerləşdirilib.

Mənbə yazır ki, rəsmilər Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna paralel olaraq inşa ediən yeni yol ilə kəndə daxil olmağa çalışsalar da, heç bir nəticə verməyib. Kənd muxtarı köməyə xüsusi texnika göndərib, lakin rəsmilər Qafana qayıtmağa məcbur olublar.
 

MÖVZU İLƏ BAĞLI:

İran maşınları Zəngəzurdakı yeni yolda ilişib qaldı - VİDEO


Bu arada erməni ombudsman Arman Tatoyan Zəngəzurdakı alternativ yollardan yerli kənd sakinlərinin gediş-gəlişinin çətinliyini təsdiqləyən videogörüntülər yayıb.

Onun sözlərinə görə, Gorusla Bərdzrəvan, Şurnuxu və Şahverdilər kəndləri arasında əlaqə Azərbaycan hərbçilərinin olması səbəbindən xeyli mürəkkəbləşib:
 

“Bu kadrlar yerli sakinlərin yollarda gediş-gəlişinin nə qədər çətin olduğunu, insanların təhlükə ilə necə üzləşdiyini açıq şəkildə göstərir.


Onların normal həyatı pozulub, həyatları və sağlamlıqları üçün təhlükə yaranıb”.

O, hesab edir ki, yerli hakimiyyət orqanları və sərhədçilər insanlara kömək etmək üçün əllərindən gələni edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO