UEFA millimizə texniki məğlubiyyət verdi - Səbəbi koronavirusdur...

UEFA millimizə texniki məğlubiyyət verdi - Səbəbi koronavirusdur...

Hazırda oxunan: UEFA millimizə texniki məğlubiyyət verdi - Səbəbi koronavirusdur...

45471

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında qeyd edilib. 

Texniki məğlubiyyətə yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO