Arzunun ermənilərə pozasındakı bəzi detallar

Arzunun ermənilərə pozasındakı bəzi detallar

Hazırda oxunan: Arzunun ermənilərə pozasındakı bəzi detallar

4508

Bizim.Media daha öncə də qələbəmizə kölgə salmağa çalışan Arzu Qeybullayeva haqqında məlumat vermişdi. Bu NoWar-çı qızın yeni əxlaq sərgiləmək cəhdi Azərbaycana nifrət üzərində qurulub.

Bütün araşdırmalarımız göstərir ki, özünə azərbaycanlı deyən Arzu Qeybullayeva erməni siyasətindən bizim məmləkətə sıçramış palçıq kimidir. Yəni, Azərbaycanda yaşaya-yaşaya dövlətimizi, ordumuzu gözdən salmaq fəaliyyəti heç “5-ci kalon” üzvlərində bu qədər qeydə alınmayıb. Əsgərlərimizin məhv etdiyi erməni snayper Hamsik Arzumanyan Arzu Qeybullayeva qədər ziyanverici ola bilmədi.

Təsəvvür edin ki, dekabrın 4-də bütün ölkə II Qarabağ savaşında, torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətən fədailərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdiyi vaxt, bu “xanım” sosial şəbəkə hesabında qəribə pozlar verdiyi şəkillər paylaşıb. Pozasına söz ola bilməz, amma bunun ünvanı yəqin ki, ermənilərdir. Əks-təqdirdə öz xalqına, ordusuna, hökumətinə belə həssas anda bu cür rəsim sərgiləməzdi. 

Arzuolunmaz eybəcərliklərin müəllifi olan Arzu gələcəkdə bu “davranış”ına yoqa, aerobika bəraətləri verə bilər. Lakin Arzunu az-çox tanıyan, fotoya diqqətlə baxanlar bu şəkilə bir ad verə bilərlər ki, o da “ermənilərlə qarşılıqlı inteqrasiyaya açığam” anlamına gəlir. Əlbəttə ki, adıçəkilən “inteqrasiya”nı deşifrə etmək üçün Arzu və Kardaşyan oxşarlığını da diqqətdə saxlamaq lazımdır. Amma Kardaşıyan belə hər nə edirsə, öz xalqı üçün edir.

Ümumiyyətlə, ermənilərdə NoWar-çılıq Erməniyə nifrət üzərində formalaşmayıb, onlar ən pis halda Azərbaycana iftira ata və cəmiyyətlərində müharibə ritorikasını tənqid edə bilərlər. Bizim arzukimilər isə bütün “mütərəqqilik”lərini Azərbaycana nifrət qusmaqla ifadə edirlər. 

Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO