Üçtərəfli bəyanatda diqqət çəkən ən önəmli məsələlər hansılardır? – Nazirdən AÇIQLAMA

Üçtərəfli bəyanatda diqqət çəkən ən önəmli məsələlər hansılardır? – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Üçtərəfli bəyanatda diqqət çəkən ən önəmli məsələlər hansılardır? – Nazirdən AÇIQLAMA

44988

10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbənin masa arxasında təsdiqi idi.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində yer alıb.

Onun sözlərinə görə, bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovdan Ermənistanla mümkün görüş barədə AÇIQLAMA 


“Birgə bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik öz əksini tapdı. Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrini çıxarmağa məcbur oldu. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik qələbə ilə sözügedən ərazilərini geri aldı”.

Nazir bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən birini də açıqlayıb:

“Burada Qarabağın statusu ilə bağlı heç bir müddəa öz əksini tapmayıb. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilib.
 

Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməyib. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan edib.


Prezidentin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılıb.

Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO