Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 113 milyon 816 min 519 manat vəsait yığılıb.
Bizim.Media saytının məlumatına görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib.
Fonda son ianə bu il may ayının 6-da olub.
MÖVZU İLƏ BAĞLI:
Koronavirus üçün yığılan pullar hələ xərclənməyib, həmin pula VAKSİN ALINACAQ
Xatırladaq ki, ötən il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.
Fondun fəaliyyətinin şəffaf olması məqsədilə ötən il aprelin 11-də İctimai Nəzarət Şurası yaradılıb. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib.
Koronavirusa qarşı peyvəndin alınması da bu fonda toplanan vəsait hesabına təmin ediləcəyi bildirilib.
Alçina Amilqızı, Bizim.Media