Bakıda avtoxuliqanlıq edən sürücülər ağır qəzaya səbəb oldu: 7 maşın əzildi – VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücülər ağır qəzaya səbəb oldu: 7 maşın əzildi – VİDEO

Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən sürücülər ağır qəzaya səbəb oldu: 7 maşın əzildi – VİDEO

44741

Bakının Nəsimi rayonunda ağır yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsində baş verib.

 “Hyundai” markalı avtomobilin sürücüsü “Toyota” markalı maşınla sürət yarışı təşkil edərək eyni istiqamətdə hərəkət ediblər. Bu zaman əks yolda olan “Hyundai”  əvvəlcə “Renault” və “Mercedes” markalı maşınlara çırpılıb. 

Yarışın iştirakçısı olan “Toyota”nın sürücüsü avtomaşını yol kənarında dayanan “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza nəticəsində ümumilikdə 7 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO