Bakıda dəhşətli HADİSƏ: Çəkiclə arvadının başına dəfələrlə vurdu...

Bakıda dəhşətli HADİSƏ: Çəkiclə arvadının başına dəfələrlə vurdu...

Hazırda oxunan: Bakıda dəhşətli HADİSƏ: Çəkiclə arvadının başına dəfələrlə vurdu...

44437

Oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO