DYP-dən sürücü və sərnişinlərə MÜRACİƏT – Bunu edənlər cərimələnəcək

DYP-dən sürücü və sərnişinlərə MÜRACİƏT – Bunu edənlər cərimələnəcək

Hazırda oxunan: DYP-dən sürücü və sərnişinlərə MÜRACİƏT – Bunu edənlər cərimələnəcək

44286

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, BDYPİ-dən daxil olan müraciətdə sürücü və sərnişinlər ətraf-mühitə ziyan vurmamağa çağırılıb.

“Yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.

Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.

“Yol hərəkəti haqqında” Azərbaycan qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub”, - DYP-nin müraciətində bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO