44 günlük Qələbə savaşımıza aid film niyə ÇƏKİLMİR? – Fazil Mustafadan İRAD

44 günlük Qələbə savaşımıza aid film niyə ÇƏKİLMİR? – Fazil Mustafadan İRAD

Hazırda oxunan: 44 günlük Qələbə savaşımıza aid film niyə ÇƏKİLMİR? – Fazil Mustafadan İRAD

44184

Ermənilərin qondarma "Artsax" adlandırdıqları ərazidə aparılan müharibəyə həsr olunan (yəni bizim 44 günlük Qələbə savaşımıza aid) "Gate to Heaven" ("Cənnətə qapı") adlı filmi Ontario Beynəlxalq Film Festivalında  4 nüfuzlu mükafatdan birini qazanıb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa “Facebook” hesabında məsələyə münasibət bildirərək, bu sahədə Azərbaycan tərəfinin heç bir iş aparmadığını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Valideynsiz şəhid bacı və qardaşlarına imtiyaz verilsin” – Fazil Mustafa


“Bizdə baş qarışıqdır, kino sahəsində fəxri adı olmayanların axtarışı gedir. Yəni kino çəkdin, çəkmədin, hamının mütləq fəxri adı olmalıdır. "Tərəqqi" medalı da öz yerində... Bilmirəm, beynəlxalq arenaya çıxarmaq istədiyimiz 44 günlük savaşın gerçəklərini, xüsusilə də Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalinin qətl edilməsini hansısa filmdə əks etdirmişikmi və haçansa bunu dünyaya çıxaracağıqmı? Hər halda bu sahədə ermənilərin geniş iş apardıqları ortadadır.

Tədbirlər, bayramlar, fişənglər öz yerində, bu kimi vacib sahələrə də diqqət yetirmək lazımdır. İlk başdan kim təbliğatda üstələdisə, prosesi də o yönəldəcək.
 

Sonra da oturub pullar ayıracağıq ki, necə edək bu filmləri ayrı-ayrı ölkələrdə ekranlardan yığışdıraq. Ən doğru yol keyfiyyətli alternativləri yaratmaq yoludur.


Televiziyalarda da olduğu kimi kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq. Söhbət son illərdəki teleseriallarımıza bənzər yerli mallardan deyil, dünya səviyyəsinə və parametrlərinə uyğun gələn filmlərin yaradılmasından gedir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO