Gürcüstanda yerli seçkilərin ikinci turudur. 5 şəhər və 15 rayona mer seçilir. Mer seçkiləri Gürcüstanın 5 böyük şəhərində – Tbilisi, Rustavi, Batumi, Zuqdidi və Kutaisidə reallaşır.
Gürcüstanın Ekspertlər Klubunun üzvü Gia Xuxaşvili Bizim.Media-ya özəl açıqlamasında bildirib ki, hökumətin müəyyən üstünlüyü var.
Çox güman ki, "Gürcü Arzusu" partiyasının namizədləri məqsədlərinə çatacaqlar:
"Seçkilərdən sonra müxalifət nəticələri sual altına qoymağa çalışacaq, amma xüsusi eskalasiya gözləmirəm. Əlbəttə ki, hansısa subyektiv faktorlar üzə çıxmasa. Söhbət həm də Saakaşvilinin səhhətindəki çətinliklərdən gedir".
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili hər an ölə bilər – Tibbi yardımdan imtina etdi
Qeyd edək ki, oktyabrın 27-dək keçirilən sorğulara görə, “Gürcü Arzusu” beş şəhərdən birində - Tbilisidə, "Vahid Milli Hərəkat"ın namizədləri isə qalan dörd şəhərdə liderlik edir.
Bizim.Media