Fərid Qayıbov Gənclər Fondunun işi ilə tanış oldu - FOTO

Fərid Qayıbov Gənclər Fondunun işi ilə tanış oldu - FOTO

Hazırda oxunan: Fərid Qayıbov Gənclər Fondunun işi ilə tanış oldu - FOTO

43883

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktor vəzifəsini müvəqqəti icra edən Ramtiq Alızadə ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr, gənclər üçün təqdim edilən xidmətlər və planlaşdırılan işlər barədə məlumatlar təqdim edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Qayıbovdan gənclərlə bağlı ÇAĞIRIŞ 


Gənclərin problemlərinin əsaslı həlli, beynəlxalq əməkdaşlıq, gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi, qurumlararası koordinasiya, məlumat mübadiləsi, birgə layihələrin hazırlanması, icrası və s. bu kimi məsələlər müzakirə edilib. Eyni zamanda qarşılıqlı məlumat mübadiləsi aparılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO