Fərid Qayıbovdan gənclərlə bağlı ÇAĞIRIŞ 

Hazırda oxunan: Fərid Qayıbovdan gənclərlə bağlı ÇAĞIRIŞ 

43446

"Gənclər qısa və ortamüddətli investisiyalar üçün o qədər də əlverişli hesab olunmaya bilər. Lakin gənclər uzunmüddətli investisiyalar üçün daha faydalı və geridönüşlüdür". 

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib. 

Nazir çıxışında gənclərin bilik və bacarıqlarına yatırım etməyə çağırıb. 

"Cəmiyyətin inkişafına informasiya texnologiyalarının təsiri bir faktdır. Bu isə, dəyişən dünyanın yeni inkişaf mərhələsi, bəlkə də, reallığıdır. Bu dəyişiklik yeni düşüncələrin formalaşmasına təkan verir. Bu cür şəraitdə isə gənclik enerjisinin səmərəli istiqamətdə yönəldilməsi yeni çağırışdır", - deyə F. Qayıbov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO