Qubada şəhid Rəvan Əliyevin xatirəsi anıldı - FOTO

Qubada şəhid Rəvan Əliyevin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Qubada şəhid Rəvan Əliyevin xatirəsi anıldı - FOTO

43817

Bu  gün Qubada Vətən Müharibəsi şəhidi Rəvan Əliyevin şəhadətə yüksəlməsinin ildönümü qeyd edilib.

Bizim.Media xəbər verir ki, Rəvan Yusif oğlu Əliyev Dövlət Sərhəd Xidmətinin əsgəri olub və 2020-ci il oktyabrın 23-də Zəngilan döyüşlərində  şəhid olub və ötən ilin bu günü Quba şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhid Rəvanın anım mərasiminə DSX-nin idarə rəisi, general-mayor Azər İbrahimov, Xudat Sərhəd Dəstəsinin rəisi Əkbər Mehdiyev və şəxsi heyəti qatılıb.

Quba Şəhidlər Xiyabanında şəhid Rəvan Əliyevin məzarını ziyarət edən Azər İbrahimov burada uyuyan bütün şəhidlərin xatirəsini hörmətlə anıb. Şəhidin məzarı önünə DSX adından əklil qoyulub.

General-mayor Azər İbrahimov çıxışında belə qorxmaz oğul böyütdükləri üçün Rəvanın valideynlərinə təşəkkür edib.

O, "Sərhədçi" jurnalının "Zəfər yürüşlü sərhədçilər" adlı xüsusi buraxılışını şəhid Rəvanın atası Yusif Əliyevə təqdim edib. Bildirib ki, xüsusi buraxılışda DSX-nin Vətən Müharibəsində verdiyi 47 şəhid haqda məlumatlar yer alıb və burada 19 yaşında şəhid olan  Rəvanın döyüş yolu barədə də məlumat verilib.

Qeyd edək ki, şəhid Rəvan Əliyevin anım mərasimində ailə üzvləri, sərhədçilərlə yanaşı ictimaiyyət nümayəndələri, Quba İH-nin və hüquq-mühafizə orqanlarının məsul şəxsləri də iştirak edib. 

Rəvan Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" döyüş medallarına  layiq görülüb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO