Nərminin qətli ilə bağlı inanılmaz faktlar – Kimin cəsədi yandırılıb?

Nərminin qətli ilə bağlı inanılmaz faktlar – Kimin cəsədi yandırılıb?

Hazırda oxunan: Nərminin qətli ilə bağlı inanılmaz faktlar – Kimin cəsədi yandırılıb?

43545

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən şahid qismində ifadə verib.

O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda yandırılan 10 yaşlı Nərminin hansı qan qrupu olduğu TƏSDİQLƏNDİ - RƏSMİ + FOTOFAKT


Həmçinin, təqsirləndirilən şəxsin vəkili məhkəməyə bir sıra sübutlar təqdim edib. Bu sübutlara görə, basdırılan cəsədin qan qrupu 11 yaşlı Nərminin qan qrupundan fərqlidir. 

Basdırılan cəsəd 1.50-1.60 boylarında 30 yaşlarında qadına məxsusdur. Nərminin boyu sənədlərdə 1.20 yazılıb. 

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.

2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO