“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

Hazırda oxunan: “Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

43229

Türkiyə Super Liqasında X tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, qapanış matçında mövsümün ilk İstanbul derbisi baş tutub.

Son çempion “Beşiktaş” gümüş mükafatçı “Qalatasaray”ı qəbul edib.

“Vodafon Park”dakı qarşılaşmada hesabı “cim-bom” açıb. Aleksandru Çiçaldaunun 35-ci dəqiqədəki qoluna 4 dəqiqə sonra Kayl Larin cavab verib.

Larinin 64-cü dəqiqədə dublu “Beşiktaş”a əzmkar qələbə qazandırıb – 2:1. Qonaqlarda isə Mustafa Məhəmməd 81-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qələbə sayəsində aktivindəki xalların sayını 20-yə yüksəldən “Beşiktaş” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 17 xalla 8-ci yerdədir. (Apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO