Xaçmaz rayonunda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Xudatda 8-ci sinif şagirdi dərs vaxtı öldü
Qeyd edilib ki, rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media