Xudatda 8-ci sinif şagirdi dərs vaxtı öldü

Hazırda oxunan: Xudatda 8-ci sinif şagirdi dərs vaxtı öldü

42639

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib. 

Bizim.Media xəbər verir ki, 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. 

Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb.

Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO