Xorvatiyalı nazir Azərbaycana təşəkkür etdi

Xorvatiyalı nazir Azərbaycana təşəkkür etdi

Hazırda oxunan: Xorvatiyalı nazir Azərbaycana təşəkkür etdi

42458

"Xorvatiya ilə Azərbaycan arasında gözəl münasibətlər var və əməkdaşlıq imkanları çox genişdir". 

Bizim.Media xəbər verir ki, bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib. 
 

O, koronavirusa qarşı mübarizədə və Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib. 


Xorvatiyalı nazir Azərbaycana İKT və digər sahələrdə faydalı əməkdaşlıq təklif edəcəklərini bildirib:

“Biz Xorvatiya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Xorvatiyada çalışmasında maraqlıyıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO