Ermənistanda ailələrin dağılma səbəbi kimi əsasən kişilərin sonsuzluq xəstəliyinə düçar olması göstərilir. Onsuzda ailə qurmağa meyilli olmayan erməni kişilərinin 50 faizdən çoxu sonradan boşanmağa məruz qalır. Buna Ermənistandakı ağır iqtisadi vəziyyətin yaratdığı ailə yükü ilə bərabər, kişilərin reproduktiv olmaması da səbəb kimi göstərilir.
Bizim.Media erməni mətbuatının yaydığı statistikaya görə, məlumat verir ki, son 10 ildə ölkədə nəsilartımı minimuma enib.
MÖVZU İLƏ BAĞLI:
Erməni komandirlər Qarabağdan arvad paltarında qaçıb – VİDEO
Erməni ekspertlərinin fikrincə, repuroduktivliyin aşağı olmasına müasir dövrün xəstəlikləri, həm də uzun illərdir erməni kişilərinin başının üstündən "Domokl" qılıncı kimi asılı qalan müharibənin yaratdığı psixoloji faktor da təsir edib.
44 günlük müharibədən sonra ölkəni tərk edənlərlə bərabər, sonsuzluğun da tüğyan etməsi, ölkə əhalisinin sayını sürətlə minumuma endirir. Erməni diasporu və ictimaiyyəti artıq həyacan təbili çalmağa başlayıb.
Bunun qarşısını almaq üçün ölkədə digər mənbələrdən götürülmüş süni mayalanma prosesinə start verilib.
Müxtəlif xeyriyyə təşkilatları erməni qadınlarının nəsilartırma funksiyasını bərpa etmək üçün kampaniya həyata keçirirlər. “Aysor” nəşrinin yazdığına görə, ilk olaraq 150 ailə üzərində bu işə başlayıblar. Xarici vətəndaşlar olan Mikael və Karen Vardanyan qardaşları bu işə hələlik 300 milyon dram vəsait ayırıblar.
Amma növbəyə duran qadınların sayı minlərlədir. Onların bir çoxunun isə əri Ermənistanda deyil, ölkəni tərk edib Rusiyaya və başqa yerlərə qaçıblar.
Erməni qadınlar həm kişi çatışmazlığı, həm də kişi sonsuzluqları ucbatından bu cür qeyr-təbi yolla uşaq doğmağa çalışırlar.
Erməni mətbuatının yazdığı başqa bir statistikaya görə isə, son beş ildə qurulan ailələrin 10-15 fazizi sonsuzluqdan əziyyət çəkir.
Vüsalə Balayeva, Bizim.Media