Azərbaycan Avropanı xilas edə bilərmi? - QAZ böhranının SƏBƏBLƏRİ  

Azərbaycan Avropanı xilas edə bilərmi? - QAZ böhranının SƏBƏBLƏRİ  

Hazırda oxunan: Azərbaycan Avropanı xilas edə bilərmi? - QAZ böhranının SƏBƏBLƏRİ  

42277

“Avropada enerji böhranı, o cümlədən təbii qazla bağlı qiymətlərin kəskin artmasını bir neçə səbəblə əlaqələndirmək olar”, deyən iqtisadçı ekspert Natiq Cəfərli ilk növbədə Avropa Komissiyasının bir neçə il bundan əvvəl qəbul etdiyi yeni qaydalardan danışıb.

Bizim.Media-ya özəl açıqlamasında ekspert bildirib ki, Avropada qaz müqavilələri uzunmüddətli olur və ildə bir dəfə yenilənirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Tarif Şurasından qazla bağlı YENİ QƏRAR – Qiymət artırıldı


Həm də neftin qiymətinə bağlı formulla hesablanırdı. Avropa Komissiyası isə bu qaydaları dəyişdi:

“Avropada spot qaz bazarı, yəni, neft kimi qazın da qiymətlərinin birjalarda müəyyənləşdirilməsi praktikasına keçdilər. O vaxt qaz bolluğu var idi. Neftin qiyməti də kifayət qədər ucuz olub. Ona görə qazın da qiymətinin ucuzlaşacağını düşünürdülər. Nəticə etibarı ilə London və Niderlandda spot bazarı formalaşdı. Qazın da gündəlik birja qiymətlərinin müəyyənləşdirilməsinə başlanıldı. Qiymətlər fyuçerslərlə (birja əqdi) müəyyənləşərək gündəlik dəyişməyə başladı”.

Natiq Cəfərlinin sözlərinə görə, bu metod bir müddət normal çalışsa da, yay aylarında qazla bağlı ciddi çatışmazlıq yaşandı.

Çünki Rusiya “Şimal axını-2” layihəsini həyata keçirtmək istəsə də, Avropa Birliyi ölkələri proyektin tezliklə reallaşmasında lisenziyalaşma ilə bağlı müəyyən əngəllər yaratdılar:

“Rusiya da buna cavab olaraq Ukrayna üzərindən qaz nəqlini xeyli azaltdı. Nəticədə isə qıtlıq yarandı. Çünki yay aylarında havaların isti keçməsi elektrik enerjisinə tələbatı Avropada kəskin artırdı. Avropanın bəzi ölkələrində isə elektrik stansiyaları qazla çalışır. AB ölkələri son 3 ildə sağlam, yaşıl enerjiyə keçidlə əlaqədar qərara əsasən kömür və atom elektrik stansiyalarından yavaş-yavaş imtina edirdilər. Elektrik enerjisinə qəfil tələbat artıqda və bu sahələrdə boşluq olanda qaza, qazla hasil olunan elektrik enerjisinə tələbat çoxaldı. Və qiymətlərin yüksəlməsinin şahidi olduq”.
 

Ekspertin fikrincə, bu vəziyyət Rusiyaya sərf edir. Çünki Rusiyanın həm satdığı qazın qiyməti artır, həm də “Şimal axını-2”nin daha tez realizə olunması üçün Avropa Birliyi artıq özü hərəkətə keçib.


Bu yaxınlarda “Şimal axını-2”yə qazın doldurulmasına start verildi. Halbuki bir neçə ildir buna müqavimət var idi:

“Azərbaycana gəldikdə isə təbii ki, dünyda neft-qaz qiymətlərinin artması Azərbaycanın xeyrinədir. Valyuta gəlirləri artır və Avropa bazarının qazla təminatında Azərbaycan da 2019-cu ilin sonundan başlayaraq müəyyən rol oynamağa başlayıb. İndi də təqribən 10 milyard kubmetr qazın Avropaya nəqli ilə bağlı uzunmüddətli müqavilələr bağlanıb. Yəqin ki, gələn ildən Azərbaycan qazının qiymətində də müəyyən artım olacaq. Bu da bizim valyuta gəlirlərimizi artıracaq. Amma Avropa bazarında hər il 500 milyard kubmetr qaza ehtiyac var. Yəni, Azərbaycanın təqdim etdiyi 10 milyard kubmetr o qədər də böyük həcm deyil. Lakin hər halda alternativ xəttin olması Avropa Birliyi ölkələri üçün də çox vacibdir. Ona görə də Azərbaycanın Cənub Dəhlizi qaz layihəsini gizli şəkildə dəstəkləyirlər”.

Bir çox ekspertlərin də rəyinə görə, Azərbaycan Avropa üçün yeganə neft-qaz tədarükçüsüdür ki, bu imkanlardan siyasi təyziq kimi istifadə etmir.

İqtisadi layihə kimi məsələyə piroritet verən ölkəmiz bu gün də qoca qitə ölkələrinin krizisdən uzaqlaşmasında əsas ixracatçılardan ayılır. Hazırda Avropanını ehtiyaclarının təmin edilməsində Azərbaycan qaz ixracını müəyyən qədər artırmağa nail olub. İtaliyanın və ona yaxın bir neçə ölkənin soyuq qışın çəncindən xilas olmasına yardımını davam etdirir. Heç bir siyasi və qiymət artımı təzyiqləri etmədən.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO