“Hamının-hamıya” prinsipindən Ermənistan niyə qorxur? – Əhməd Şahidovun açıqlaması

“Hamının-hamıya” prinsipindən Ermənistan niyə qorxur? – Əhməd Şahidovun açıqlaması

Hazırda oxunan: “Hamının-hamıya” prinsipindən Ermənistan niyə qorxur? – Əhməd Şahidovun açıqlaması

4219

Azərbaycan əsir və girovluqda saxlanılan şəxslərin "Hamının-hamıya" prinsipi ilə azad edilməsi təklifini irəli sürsə də, Ermənistan höküməti neçə il idi bu təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmırdılar. 

Azərbaycan ordusunun apardığı 44 günlük hərbi əməliyyat nəticəsində ermənilərin mövqeyi tamamilə dəyişdi.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib.

“Azərbaycan son 7 ildə mülki girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dəfələrlə Beynəlxalq Təşkilatlar vasitəsilə Ermənistana müraciət edirdi və əsir və girovlarının “"Hamının-hamıya" prinsipini təklif edirdi. Təəssüflər olsun ki, Ermənistan bu konstruktiv təsnifə yox cavabı verirdi. Baxmayaraq ki,  müxtəlif illərdə cəbhənin bəzi nöqtələrində erməni diversiya qrupunun hərbçiləri Azərbaycan tərəfindən əsir götürülmüşdü, onlar yenə də bu məsələdə qeyri -Konstruktiv mövqe nümayiş etdirirdilər.

Hətta onlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama yayaraq, onların qondarma Dağlıq Qarabağ qanunlarına görə həbs edildikləri üçün rəsmi Bakının separatçı rejimlə danışıqlar aparmağı tələb edirdilər.

Ancaq son 44 günlük müharibə zamanı Azərbaycanın müzəffər ordusunun qələbə  qazanması və eyni anda çox sayda erməni əsgərinin ələ keçirilməsi  bu vəziyyəti radikal şəkildə dəyişib. Artıq Ermənistanda əsas  problem itgin düşmüş və əsir götürülmüş hərbi qulluqçular ilə bağlıdır”, - deyə, o, bildirib.

Daha sonra hüquq müdafiəçisi erməni valideynlərinin əsirləri azad etmək üçün çıxış yolunu Prezident İlham Əliyevə müraciət etməkdə gördüklərini bildirib. Onun sözlərinə görə, onlar artıq ümidlərini öz hakimiyyətlərindən üzüblər.

“Bu məsələ Ermənistan hakimiyyətinin baş ağrısına çevrilib. Ermənistanın baş naziri Nikol Paşinyan artıq demək olar ki, hər gün itgin düşmüş erməni hərbçiləri ilə bağlı iclas edir, həmin qulluqçuların valideynləri isə etiraz aksiyaları keçirirlər. Hazırda rəsmi Yerevan bu məsələ ilə bağlı az qalır Azərbaycana yalvarsın".

"Bununla bağlı Rusiya prezidenti Vladimir Putinə, Ermənistanda olan Rusiya səfirin müraciət olunub. Hətta erməni valideynlər çıxış yolunu Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməkdə görür. Çünki onlar Paşinyanın əsirlərin dəyişmək iqtidarında olmadığını düşünürlər”. 
Azərbaycanın "Hamının-hamıya" prinsipində mövqeyinin dəyişilməz olduğunu bildirən ekspert, məsələnin bu ilin sonuna qədər öz həllini tapacağına ümid etdiyini də vurğulayıb".

“Ötən gün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha açıqlama yayaraq, Azərbaycanın "Hamının-hamıya" prinsipində mövqeyinin dəyişilməz olduğunu bildirdi. Düşünürəm ki, bu ilin sonuna kimi bu məsələ öz həllini tapacaq".

"Erməni tərəfdə 3 azərbaycanlı hərbi əsir və 2014-cü il iyul ayında girov götürülən mülki vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev var. Onların da "Hamının-hamıya" prinsipi ilə dəyişdirilməsi artıq Ermənistanın öz istəyindən asılıdır. İnşallah, yeni ili onlar öz evlərində, ailələri ilə qeyd edərlər”,- deyə o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO