1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq nəticələri saxtalaşdırıb və Sovet İttifaqının saxlanmasına səs verib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
9 ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz artıb – Prezident
“Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bizim.Media