Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hazırlanır – Fransalı səfir sirrləri açdı

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hazırlanır – Fransalı səfir sirrləri açdı

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hazırlanır – Fransalı səfir sirrləri açdı

41365

Fransa Rusiya və ABŞ ilə birlikdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzərində işləyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Anne Luyo "Azadlıq" radiosunun erməni nəşrinə müsahibəsində səsləndirib. 

Səfir təfərrüatlar barədə danışmasa da, üç ölkənin - ATƏT -in Minsk Qrupunun həmsədrlərinin bu prosesdə iştirakını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni siyasi böhran – Prezidentin müraciəti RƏDD EDİLDİ


“Mən hazırda Ermənistandayam və ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Bir həmkarım var: Fransanın ATƏT-in Minsk qrupundakı nümayəndəsi Stefan Viskonti. Ancaq deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb.

ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə iki xarici işlər nazirlərinin görüşünü təşkil etməkdən məmnun olduq.

Bu kiçik bir addım kimi görünə bilər, amma çox böyük bir addımdır.
 

Ümid edirik ki, bu cür başqa həllər də olacaq. Sizi əmin edə bilərəm ki, rus və amerikalı tərəfdaşlarımızla birlikdə Qarabağla bağlı daha uzunmüddətli müqavilə bağlamağa yönəlmiş prosesi inkişaf etdirmək üçün çalışırıq” deyə Luyo qeyd edib.


“ATƏT-in Minsk Qrupu aktivləşibmi?” sualına isə diplomat belə cavab verib: “Bəli, artıq aktivləşib. Biz tək deyilik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO