Ceyhun Bayramovla fələstinli həmkarı arasında VACİB GÖRÜŞ – FOTO

Ceyhun Bayramovla fələstinli həmkarı arasında VACİB GÖRÜŞ – FOTO

Hazırda oxunan: Ceyhun Bayramovla fələstinli həmkarı arasında VACİB GÖRÜŞ – FOTO

41335

Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riad Əl-Maliki ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu gün baş tutan görüş zamanı Fələstin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatı sədri kimi uğurlu və aktiv fəaliyyətini qeyd edib.

Nazir Al-Maliki Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Kamerun XİN rəhbərləri görüşdü - FOTO


Tərəflər ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, bu xüsusda ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. 

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO