Şabranda avtomobil yolu yenidən quruldu - FOTO

Şabranda avtomobil yolu yenidən quruldu - FOTO

Hazırda oxunan: Şabranda avtomobil yolu yenidən quruldu - FOTO

41253

Şabran rayonunda Padar avtomobil yolu əsaslı şəkildə IV texniki dərəcəyə uyğun yenidən qurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, avtomobil yolunun uzunluğu 2 500 metr, hərəkət hissəsinin eni 6 metr, torpaq yatağının eni 10 metrdir. Yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb. Yola üfüqi nişanlanma xətləri çəkilib.

Marşrut boyu yeni suötürücü borular quraşdırılıb. İki laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO