İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvləri Azərbaycanla sərhədə gəldi - FOTO

İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvləri Azərbaycanla sərhədə gəldi - FOTO

Hazırda oxunan: İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvləri Azərbaycanla sərhədə gəldi - FOTO

0:00
0:00
41214

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasınnın üzvləri Azərbaycanla sərhəddə görüş keçiriblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Teleqram kanalı İran parlamentinin Təhlükəsizlik Komitəsinin sədri Həsən Himmətiyə istinadən yayıb.

Mənbə yazır ki, Həsən Himməti oktyabrın 11-də mətbuata verdiyi açıqlamada Təhlükəsizlik Komissiyasının üzvlərinin İranın şimal-qərb bölgəsinə 3 günlük səfərə başladığını, bölgənin təhlükəsizlik və sərhəd problemlərini araşdırmaq niyyətində olduqlarını deyib.

“Səfər zamanı ölkənin şimal-qərb sərhəd bölgələrində, xüsusən də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə təhlükəsizliyin hazırkı vəziyyəti, eləcə də hərbi və hüquq-mühafizə qüvvələrinin yerləşdirilməsi araşdırılacaq”- deyə Himməti bildirib.

O deyib ki, sözügedən bölgədə, xüsusilə Şərqi və Qərbi Azərbaycan əyalətlərinin sərhədlərində hərbi və müdafiə gücünün yoxlanılması nəzərdə tutulur.

Komissiya üzvlərinin səfərində məqsəd “Xeybər fatehləri” hərbi təlimləri ilə bağlı hesabat hazırlamaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO