Putin Paşinyanla bu tarixdə görüşəcək - DƏQİQLƏŞDİ

Putin Paşinyanla bu tarixdə görüşəcək - DƏQİQLƏŞDİ

Hazırda oxunan: Putin Paşinyanla bu tarixdə görüşəcək - DƏQİQLƏŞDİ

40972

Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. 

Bizim.Media xəbər verir ki, informasiyanı RİA Novosti agentliyi yayıb.

Mənbə yazır ki, bu barədə jurnalist Pavel Zarubinin "Rusiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" televiziya proqramında deyilib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Paşinyan görüşü barədə Kremldən - AÇIQLAMA


Qeyd edilib ki, dövlət başçısının həmin gün Kremldə yeni çağırış Dövlət Dumasının deputatları ilə görüşü planlaşdırılır.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin VIII çağırış Dövlət Dumasının deputatları ilə oktyabrın 12-də Kremldə görüşəcəyini bildirib.

Xatırladaq ki, Paşinyanın Putinlə son görüşü bu il iyulun 7-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra baş tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO