Canni De Byazi: “Biz pis oynamadıq, sadəcə...”

Canni De Byazi: “Biz pis oynamadıq, sadəcə...”

Hazırda oxunan: Canni De Byazi: “Biz pis oynamadıq, sadəcə...”

40921

Xəbər verdiyimiz kimi, DÇ-2022-nin seçmə mərhələsində millimiz öz meydanında İrlandiya yığmasına 0:3 hesabı ilə məğlub olub. 

Bizim.Media xəbər verir ki, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycan seçməsinin baş məşqçisi Canni De Byazi maraqlı açıqlamalar verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan millisi İrlandiyaya 0:3 hesabı ilə uduzdu - YENİLƏNİB


O bildirib ki, əsas problem erkən qol buraxmaq idi:

“Oyuna fərqli hazırlaşmışdıq. Amma lazımsız yerə topu çox vururduq qabağa. Statistikaya baxsaq, top daha çox bizdə olub. Təbii ki, oyuna çoxlu hücumameylli futbolçuların girməsi disbalans yaratdı. Fikrimcə, biz pis oynamadıq. Görünən odur ki, komandamız inkişaf edir. Bu, sevindirici haldır. Oyuna hazırlaşanda əsas məqsədimiz o idi ki, ikinci mərtəbədə onlara çətinlik yaradaq. Buna nail olduq. İlk hissədə biz onlardan daha yaxşı oynayırdıq. Hesaba baxmayıb oyuna baxsaydıq elə bilərdik ki, biz qələbə qazanırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO