Marsa ilk insan çıxacaq – TARİX - FOTO

Marsa ilk insan çıxacaq – TARİX - FOTO

Hazırda oxunan: Marsa ilk insan çıxacaq – TARİX - FOTO

40884

NASA “Artemis” kosmik proqramı çərçivəsində 2030-cu illərin ortalarında Marsa insan göndərməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə “InterestingEngineering.com” portalı məlumat yayıb. 

Bildirilir ki, astronavtlar Marsa enməyi bacarsalar, bir neçə il ərzində Yerə qayıda bilməyəcəklər. Buna görə də NASA, “qırmızı planet”də astronavtların yaşaması üçün gələcək stansiyanın maketlərini hazırlayır.

Qeyd edək ki, Marsda insanların qalması üçün NASA stansiyanın inşasını hələ 2014 -cü ildə planlaşdırmağa başlayıb.

Burada söhbət bir  il ərzində dörd astronavtın rahat yerləşməsi üçün təxminən 100 m² sahəyə malik bir stansiya yaratmaqdan gedir. Qurum bununla bağlı “Hassel Studio” memarlıq firması və “Eckersley O'Callaghan” dizayn qrupundan təklif alıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO