Con İqan:

Con İqan: "Azərbaycan millisinə qalib gəlmək istəyirik"

Hazırda oxunan: Con İqan: "Azərbaycan millisinə qalib gəlmək istəyirik"

40774

"Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq. Dublindəki matç çətin olmuşdu. İstədiyimiz nəticəni almadığımız üçün məyus olmuşduq. Bu dəfə qalib gəlmək istəyirik".

Bizim.Media xəbər verir ki, bunu İrlandiya millisinin futbolçusu Con İqan Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib. 

29 yaşlı müdafiəçi evdə 1:1 heç-heçə etdikləri matçı da xatırlayıb. Təcrübəli Azərbaycan yığmasının heyətində texnikalı futbolçuların olduğunu bildirib:

 

"İlk görüşə yaxşı başlamışdıq. Amma 15-20 dəqiqədən sonra rəqib bizim üçün həyatı çətinləşdirdi. Onların heyətində texnikalı futbolçular var. Uzaq məsafədən gözəl qolla hesabı açdılar. İkinci hissədə təzyiqi artırıb hesabı bərabərləşdirdik. Təəssüf ki, qələbə qolunu vura bilmədik".


İqan düşərgədə əhval-ruhhiyənin yüksək olduğunu söyləyib:

 

"Komandada vəziyyət normaldır. İstədiyimiz nəticəni qazanacağımıza inanırıq".


Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO