Paşinyanın “3+3” formatı ilə bağlı MÖVQEYİ

Paşinyanın “3+3” formatı ilə bağlı MÖVQEYİ

Hazırda oxunan: Paşinyanın “3+3” formatı ilə bağlı MÖVQEYİ

40470

Ermənistanın Baş naziri Nikol Paşinyan “3+3” regional əməkdaşlıq formatı ilə bağlı mövqeyini bildirib.

Bizim.Media xəbər verir ki, parlamentdə danışan erməni baş nazirin sözlərinə görə, Ermənistan ilk növbədə, hansı konkret formatlardan söhbət getdiyini, həmin formatların hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anlamalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan gözlənilməz ETİRAF – “Gərək 7 rayonu qaytaraydıq” - VİDEO


Paşinyan aydınlaşmalı olan bir sıra digər başqa detalların olduğunu da bildirib.

Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur.

Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi brifinqdə bildirmişdi ki, “3+3” formatının yaradılması təşəbbüsü ilə bağlı İranın mövqeyi müsbətdir. Eyni pozitivlik Azərbaycan və Türkiyədə də müşahidə olunur və hazırda Ermənistan tərəfi ilə iş aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO