Türkiyədə erməni deputatın mandatı əlindən alınacaq – Ərdoğan TƏLƏB ETDİ

Türkiyədə erməni deputatın mandatı əlindən alınacaq – Ərdoğan TƏLƏB ETDİ

Hazırda oxunan: Türkiyədə erməni deputatın mandatı əlindən alınacaq – Ərdoğan TƏLƏB ETDİ

40427

Türkiyə prezidenti Rəcəb Ərdoğan erməni deputat Karo Paylan da daxil olmaqla dörd deputatın toxunulmazlıqdan məhrum edilməsini tələb edib və bununla bağlı parlamentə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Yenisafak nəşri yayıb. 

Mənbə yazır ki, 4 deputatın hamısı Xalqların Demokratik Partiyasını təmsil edir. Bunlar Meral Daniş Beştaşi, Uda Keyi, Karo Paylan və Salihə Aydenizdir.

Bildirilir ki, məsələ əvvəlcə parlament komissiyası çərçivəsində müzakirə olunacaq və bundan sonra parlamentin müzakirəsinə təqdim olunacaq. 

Xalqların Demokratik Partiyası Türkiyədəki etnik azlıqların, xüsusilə də kürd azlığının hüquqlarını fəal şəkildə müdafiə edən solçu bir siyasi partiyadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO