\

\"Dördlər finalı\": İtaliya millisi İspaniyaya qarşı

Hazırda oxunan: \"Dördlər finalı\": İtaliya millisi İspaniyaya qarşı

40367

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək. 

Bizim.Media xəbər verir ki, A Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq. 

Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya ilə İspaniya üz-üzə gələcək. Milandakı "San-Siro" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. 

Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.  

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO