Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi – FOTO 

Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi – FOTO 

Hazırda oxunan: Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi – FOTO 

0:00
0:00
40337

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib. 

Bizim.Media xəbər verir ki, bu vəzifə Rəşad Həsənova həvalə olunub. 

O, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2010-cu ildə Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində "İqtisadi və maliyyə sektoru siyasətləri" ixtisası üzrə magistr təhsili, 2016-cı ildə isə Avstraliyanın Dikin Universitetində İqtisadiyyat üzrə Fəlsəfə elmləri doktoru dərəcəsi alıb. 

R.Həsənov Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, Avstraliyanın Xəzinə və Maliyyə Nazirliyində iqtisadçı, Azərbaycanda isə ADA Universitetində baş müəllim, Mərkəzi Bankda müxtəlif vəzifələri icra edib, müşavir təyin olunana qədər BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisində baş iqtisadçı vəzifəsində çalışıb. O, bir sıra elmi məqalələrin müəllifidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO