BƏƏ planetin tədqiqatı üçün missiya göndərəcək - VİDEO

BƏƏ planetin tədqiqatı üçün missiya göndərəcək - VİDEO

Hazırda oxunan: BƏƏ planetin tədqiqatı üçün missiya göndərəcək - VİDEO

40275

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Venera planetinin və asteroidlər qurşağının tədqiq olunması üçün kosmik proqram işə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl Məktum öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, bu proqram asteroidlərdən birinin səthinə kosmik aparatın enməsini nəzərdə tutur.

Qeyd olunur ki, missiya Venera planetinin və yeddi asteroiddən ibarət qurşağın tədqiqatını aparacaq.

Missiyanın 2028-ci ildə işə salınması planlaşdırılır.

Xatırladaq ki, 2020-ci ilin iyulunda BƏƏ Marsa "Əl-Amal" missiyasını yola salmışdı. Bu il fevralın 9-da missiya Marsın orbitinə çatıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO