Masazırda mənzillərin dövlət xətti ilə kirayəyə verilməsinə başlanıldı 

Masazırda mənzillərin dövlət xətti ilə kirayəyə verilməsinə başlanıldı 

Hazırda oxunan: Masazırda mənzillərin dövlət xətti ilə kirayəyə verilməsinə başlanıldı 

40243

İpoteka və Kredit Zəmanət Fondu Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsindəki yaşayış kompleksindən mənzillər alaraq balansına daxil edib.  

Bizim.Media xəbər verir ki, bu barədə Fond məlumat yayıb. 

Məlumata görə, 14 mərtəbəli 3 binadan ibarət olan kompleksdən 1 və 2 otaqlı, tam təmirli mənzillər vətəndaşlara təklif olunur.

Onların sahəsi müvafiq olaraq 63 kvm və 87 kvm, aylıq kirayə qiymətləri isə 320 manat və 441 manatdır.  

Bütün mənzillər kommunal xidmətlərlə (elektrik enerjisi, təbii qaz və su-kanalizasiya) təmin olunub, sayğaclar quraşdırılıb və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO