Məşhur erməni şahmatçı Ermənistandan imtina etdi – DETALLAR

Məşhur erməni şahmatçı Ermənistandan imtina etdi – DETALLAR

Hazırda oxunan: Məşhur erməni şahmatçı Ermənistandan imtina etdi – DETALLAR

40163

ABŞ-a köçən erməni qrossmeyster Levon Aronyan və sevgilisi artıq Amerikanın Sent-Luis şəhərində yeni bir evdə məskunlaşıblar.

Bizim.Media xəbər verir ki, şahmatçı bu barədə Chess24 portalına danışıb.

Aronyan məşhur "Amerikaya səyahət" komediyasının qəhrəmanlarından birini əks etdirən köynəyini göstərir. "Bu görüntü bir az simvolikdir" deyir.

Aronyan Sent-Luisdə özünü çox rahat hiss etdiyini etiraf edib.

"Sent-Luisdə olmaq çox gözəldir. Şahmat klubunun yanındakı küçədə mənim fotoşəklim var. Bax, mən Sent-Luisdə məşhuram. Mənə çox yaxşı münasibət göstərirlər. Sent-Louis klubunun işçiləri məni çox xoş qarşılayırlar" deyən Aronyan qonşularından birinin əvvəllər Kuba bayrağı altında oynayan məşhur qrossmeyster Lenyer Dominguez olduğunu da əlavə edib.

Ermənistanda erməni şahmatçının ABŞ-a köçməsi xəbəri kədərlə qarşılanıb. Aronyan 38 yaşında köçməyin onun üçün ən yaxşı seçim olduğunu deyib.
 

Xatırladaq ki, Ermənistan milli şahmat komandasının lideri, Ermənistan millisinin 3 qat Olimpiya çempionu Levon Aronyan ABŞ-a köçmək qərarını bir müddət əvvəl açıqlamışdı.


Aronyan qərarını şahmat sahəsinə girən “bacarıqsız dövlət adamları" və şahmatçılara edilən dəstəyin dayandırılması ilə əsaslandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO