Bu ilin 8 ayında Azərbaycanda fəaliyyət göstərən bankların 455.2 milyon manat xalis mənfəət, 644.8 milyon manat məbləğində əməliyyat mənfəəti olub.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, bankların cəmi aktivləri 33 milyard 426.7 milyon manat, cəmi öhdəlikləri 28 milyard 613 milyon manat, balans kapitalı isə 4 milyard 813.7 milyon manat olub.
Bankların cəmi aktivlərinin 45.5%-i kredit portfelindən ibarətdir. Kredit portfelinin artım trendi avqust ayında da davam edib.
Bankların kredit portfelində avqust ayında 1.6% (240.3 mln. manat) artaraq 15 milyard 206.8 milyon manat olub. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 7.4% artım olub.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:39 / 02.10.2021
8 ayda banklarımız nə qədər mənfəət əldə edib? – Mərkəzi Bank
Hazırda oxunan: 8 ayda banklarımız nə qədər mənfəət əldə edib? – Mərkəzi Bank
Hazırda oxunan: 8 ayda banklarımız nə qədər mənfəət əldə edib? – Mərkəzi Bank
39804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.