BDU-nun dosenti VƏFAT ETDİ 

BDU-nun dosenti VƏFAT ETDİ 

Hazırda oxunan: BDU-nun dosenti VƏFAT ETDİ 

39504

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrası dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əlizadə vəfat edib. 

Bizim.Media xəbər verir ki, 67 yaşında dünyasını dəyişən Q.Əlizadə 1971-1976-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 

1989-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Hüceyrə biofizikası və biotexnologiyası - ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlığı və biotexnologiyanın fotobioenergetik problemləri istiqamətində tədqiqat işi aparıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO