Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq? - AÇIQLAMA 

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq? - AÇIQLAMA 

Hazırda oxunan: Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq? - AÇIQLAMA 

39406

Gürcüstan koronavirus əleyhinə iki yeni preparat alacaq. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib. 

Onun sözlərinə görə, dərman vasitələrinin ilk partiyası Gürcüstana yaxın günlərdə gətiriləcək. İkinci partiyanın isə ölkəyə oktyabrın ikinci yarısında gətiriləcəyi gözlənilir. 

Nazir müavini bildirib ki, hər iki preparat koronavirusa yoluxan pasiyentin vəziyyətinin ağırlaşması riskini kəskin şəkildə azaldır. 

"Bu dərman vasitələrindən - baritsitinib və monoklonal anticisimlərdən hələlik ABŞ, Böyük Britaniya və İtaliyada istifadə olunur. Gürcüstan bu iki preparatın tətbiq olunacağı ilk ölkələrdən biri olacaq", - deyə, T.Qabuniya vurğulayıb. 

Bildirilib ki, bu preparatların ölkəyə gətirilməsi koronavirusa yoluxma və ən əsası bu virusdan ölüm hallarının kəskin azalmasına səbəb olacaq. 

Gürcüstanda son sutkada daha 1 929 nəfər koronavirusa yoluxub, 1914 nəfər müalicə olunub, 33 pasiyent isə pandemiyanın qurbanı olub. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 611 269-a, müalicə olunaraq sağalanların sayı 582 805-ə, vəfat edənlərin sayı isə 8 917-yə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO