Xaçmazda 200 uşaq məktəbsiz qaldı – SƏBƏB - FOTO 

Xaçmazda 200 uşaq məktəbsiz qaldı – SƏBƏB - FOTO 

Hazırda oxunan: Xaçmazda 200 uşaq məktəbsiz qaldı – SƏBƏB - FOTO 

39318

Xaçmazın Palçıqoba kəndindəki tam orta məktəbin bu gün dərsə getməli olan yuxarı sinif şagirdləri məktəbsiz qalıblar.

Bu barədə Bizim.Media-ya şagirdlərin valideynləri məlumat veriblər. Bildirilib ki, "məktəb binası yandığından bu gündən övladlarımıza Nərəcan kənd tam orta məktəbinə getmək təklif edilib.
 

Uşaqlarımızı kəndimizin 3 km-də yerləşən Nərəcan məktəbinə göndərmək bizə sərfəli deyil. Çünki, qış aylarında qonşu kəndə gedib gəlmək çətin olacaq. Avtomaşını olan valideynlər bunu etsə də imkanı olmayanlar bunu edə bilməyəcək".


Məktəbin direktoru Elçin Ağaşirinov Bizim.Media-ya açıqlamasında köhnə və qəzalı vəziyyətdə olan məktəbin yanğından sonra yararsız hala düşdüyünü deyib: 

"Məktəb binası çox köhnə və qəzalı idi. Yanğın baş verəndən sonra vəziyyət daha da pisləşdi. Keçən dərs ilində təhsil onlayn olduğundan problem qabarmamışdı. Hələlik ibtidai sinif şagirdlərini məktəbin salamat qalan sinif otaqlarında yerləşdirmişik. Məktəbin 5-11-ci siniflərdə oxuyan 200-ə yaxın şagirdi isə bu gündən qonşu Nərəcan kənd məktəbinə getməli idi. Amma valideynlər buna etiraz edirlər". 

Xaçmaz rayon təhsil şöbəsinin müdiri İnqilab Musayev isə  hazırda məsələnin müsbət həlli istiqamətində iş aparıldığını deyib: 
 

"Palçıqoba kənd məktəbi ilə bağlı əvvəldən valideynlərlə razılaşmışdıq ki, 5-11-ci sinif şagirdləri qonşu Nərəcan kənd məktəbində oxusunlar. Onlar bu gün uşaqlarını ora göndərməyə etiraz ediblər. Təhsil Nazirliyi də məsələdən əvvəldən xəbərdardır. Bu gün də müraciət etmişik" 


Xaçmaz rayon İH-dən bildirilib ki, yeni məktəb tikilməsi üçün Təhsil Nazirliyinə müraciət edilib. Palçıqoba kənd məktəbi üçün 360 yerlik yeni binanın inşa edilməsi plana salınıb. Məsələnin həllinə çalışılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO