Çempionlar Liqası: 4 qrupda 8 oyun

Çempionlar Liqası: 4 qrupda 8 oyun

Hazırda oxunan: Çempionlar Liqası: 4 qrupda 8 oyun

39259

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulacaq. 

Bizim.Media-nın məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında matçlar keçiriləcək. 

Günün ilk görüşlərində İsveçrə "Yanq Boyz"u İtaliyada "Atalanta" ilə, İsveç "Malmö"sü isə Rusiyada "Zenit"lə üz-üzə gələcək.

F qrupunun digər oyununda "Mançester Yunayted" İngiltərədə İspaniya "Vilyarreal"ını qəbul edəcək. 

Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında ba tutacaq.  

E qrupunda İspaniya "Barselona"sı Portuqaliyada "Benfika"nı, "Bavariya" isə Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkəcək. 

Oyunlar Bakı vaxtı ilə saat 20:45-də və 23:00-da başlayacaq. 

Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gecə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO