51 yaşlı kişini qarət edib, bıçaqladılar - TƏFƏRRÜATLAR     

51 yaşlı kişini qarət edib, bıçaqladılar - TƏFƏRRÜATLAR     

Hazırda oxunan: 51 yaşlı kişini qarət edib, bıçaqladılar - TƏFƏRRÜATLAR     

39241

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. 

Lökbatan qəsəbəsində 1970-ci il təvəllüdlü Fərəcov Qalib Məmmədxan oğlu bir, yaxud bir neçə şəxs tərəfindən əvvəlcə rezin dəyənəklə döyülərək başından xəsarət alıb, sonra isə bıçaqlanıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın nahiyəsinin əziyi və qarın boşluğunun 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Yaralı əməliyyat olunub. 

Q.Fərəcovun dediyinə görə, o, bıçaqlandıqdan sonra üzərində olan pul qarət edilib. 

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO